“Qarabağ” bu gün “Vilyarreal”la qarşılaşacaq

29-10-2020, 06:10           
“Qarabağ” bu gün “Vilyarreal”la qarşılaşacaq
Avropa Liqası qrup mərhələsinin ikinci turu çərçivəsində Azərbaycanın “Qarabağ”ı İspaniyanın “Vilyarreal” klubu ilə qarşılaşacaq.

Publika.az xəbər verir ki, matç oktyabrın 29-da (bu gün) İstanbulun “Başakşəhər Fatih Terim” stadionunda baş tutacaq.

Qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə edilib.

Matçın baş hakimi Pavel Oryol olacaq. Ona yan xətt hakimləri Petr Blajey və İrji Krjij kömək edəcək. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək.

Hakim-inspektor Gürcüstandan olan Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiuqova olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru