“Qarabağ” futbol klubunun mətbuat katibi cəzalandırıldı

1-11-2020, 19:28           
“Qarabağ” futbol klubunun mətbuat katibi cəzalandırıldı
Sosial şəbəkə hesabında müharibənin aparılmasına dair konvensional qaydaları, həmçinin qanunvericiliyin tələblərini pozan şəxs məsuliyyətə cəlb edilib.



Pravda.az-ın məlumatına görə, İbrahimov Nurlan Əziz oğlu sosial şəbəkədə emosional davranaraq başqa millətə qarşı qəddarlıq ifadə edən, milli, irqi və ya dini nifrət saçan çağırışlar etdiyi üçün inzibati qaydada cəzalandırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 388-1.1.1-ci maddəsi ilə inzibati iş başlanıb, baxılması üçün məhkəməyə göndərilib.



Xatırladaq ki, N.İbrahimov həm də “Qarabağ” futbol klubunun mətbuat katibidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru