Genuya derbisində sülh qeydə alınıb, “Milan”la “Yuventus” qələbə qazanıb

2-11-2020, 03:42           
Genuya derbisində sülh qeydə alınıb, “Milan”la “Yuventus” qələbə qazanıb
İtaliya A seriyasında VI turun növbəti oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 6 qarşılaşma baş tutub.

Son çempion “Yuventus” “Speziya”nı darmadağın edib. Məğlubiyyətsiz irəliləyən digər iki komanda da turu qələbə ilə başa vurub. “Milan” “Udineze”ni, “Sassuolo” “Napoli”ni məğlubiyyətə uğradıb.

Günün ən məhsuldar qarşılaşması Turində keçirilib. “Torino” evdə “Latsio”ya uduzub. Genuya derbisində qollu heç-heçə qeydə alınıb.

Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq.

İtaliya A seriyası
VI tur
1 noyabr
“Udineze” – “Milan” – 1:2
De Paul, 48 (pen.) – Kessi, 15, İbrahimoviç, 83
“Speziya” – “Yuventus” – 1:4
Pobeqa, 32 – Morata, 14, Ronaldo, 59, 76 (pen.), Rabyo, 67
“Torino” – “Latsio” – 3:4
Bremer, 20, Belotti, 25 (pen.), Lukiç, 87 – Pereyra, 15, Milinkoviç-Saviç, 49, İmmobile, 90, Kaysedo, 90+3
“Napoli” – “Sassuolo” – 0:2
Lokatelli, 59 (pen.), Lopes, 90
“Roma” – “Fiorentina” – 2:0
Spinazzola, 12, Rodriges, 70
“Sanpdoriya” – “Cenoa” – 1:1
Yankto, 24 – Skamaçça, 28












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru