"Lokomotiv"dən heç-heçə, "Şaxtyor" darmadağın oldu - VİDEO

4-11-2020, 02:44           
"Lokomotiv"dən heç-heçə, "Şaxtyor" darmadağın oldu - VİDEO
UEFA Çempionlar Liqasında III tura start verilib. Turun ilk iki oyunu Rusiya və Ukrayna paytaxtlarında gerçəkləşib.

Moskvada "Lokomotiv" İspaniya "Atletiko"u ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 18-ci dəqiqədə Xose Maria Ximenesin vurduğu qola meydan sahiblərindən Anton Mirançuk 25-ci dəqiqədə penalti zərbəsi ilə cavab verib. Bununla da "Atletiko" 4 xalla A qrupunda 2-ci, "Lokomotiv" 2 xalla 3-cü pillədə qalıb.

Kiyevdə Donetskin "Şaxtyor" komandası Almaniyanın "Borussiya" (Mönhenqladbax) kollektivini qəbul edib. Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb. Toplardan 3-nü Alassan Plea 8-ci, 26-cı və 78-ci dəqiqələrdə vurub. 17-ci dəqiqədə Valeri Bondar topu öz qapısına göndərib, daha iki qola isə Rami Bensebaini 44-cü və Lars Ştindl 65-ci dəqiqədə imza atıb.

Bununla da B qrupunda ilk məğlubiyyətlə üzləşən "Şaxtyor" 4 xalla 2-ci pilləyə enib. Xalını 5-ə yüksəldən "Borussiya" isə liderə çevrilib.

Qeyd edək ki, günün daha 6 görüşü gecəyarısı başlayıb.//Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru