Serxio Ramos "Real Madrid"də yüzüncü qolunu vurub

4-11-2020, 07:33           
Serxio Ramos "Real Madrid"də yüzüncü qolunu vurub
Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun matçında "Real Madrid" Milan "İnter"inə qalib gəlib.

"Report" xəbər verir ki, görüş Madriddə keçib və 3:2 hesabı ilə başa çatıb.

Oyunun 33-cü dəqiqəsində "Real"ın kapitanı və müdafiəçisi Serxio Ramos komandasının ikinci qolunu vurub. Bu, Ramosun Madrid klubunda yüzüncü qolu olub.

Qeyd edək ki, Ramos 100 qoldan 55-ini başı ilə vurub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.