Türkiyə klubu meydana Azərbaycan bayrağı ilə çıxdı
4-11-2020, 16:46
Türkiyənin “Solhanspor” voleybol komandası Azərbaycana dəstək nümayiş etdirib. Azvision.az xəbər verir ki, “Solhanspor” komandası “Fənərbağça” ilə görüşə Azərbaycan bayrağı ilə çıxıb.
“Solhanspor”ın oyunçuları “Səninləyik qardaş Azərbaycan”, “İki dövlət, bir millət” sözləri yazılmış formalarla meydana daxil olublar. Onların bu addımı Azərbaycan və Türkiyədə böyük rəğbətlə qarşılanıb.