“Qarabağ”ın rəqiblərinin oyununun startı təxirə salınıb

6-11-2020, 00:47           
“Qarabağ”ın rəqiblərinin oyununun startı təxirə salınıb
Avropa Liqasının III turunun “Vilyarreal” (İspaniya) – “Makkabi” (Təl-Əviv, İsrail) oyununun startı yubanır.

Apasport.az saytının məlumatına görə, buna hava şəraiti səbəb olub.

Matçın hakimi və UEFA nümayəndəsi qarşılaşmanın başlamasını məqsədəuyğun saymayıb. Onlar startı bir müddət təxirə salıb. Görüşün Bakı vaxtı ilə 01:10-da başlaması qərara alınıb.

Qeyd edək ki, bu komandalar Azərbaycan çempionu “Qarabağ”la eyni qrupda mübarizə aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru