“Atletiko” və “Barselona" darmadağınla qalib gəlib

8-11-2020, 03:47           
“Atletiko” və “Barselona" darmadağınla qalib gəlib
İspaniya La Liqasında növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, IX turun ikinci günündə 4 matç baş tutub.

“Barselona” 7 qolun vurulduğu görüşdə “Betis”i darmadağın edib. “Sevilya” “Osasuna” ilə görüşdə minimalhesablı qələbəyə sevinib.

“Hueska” və “Eybar”ın duelində komandalar bir xalı bir qolla qazanıb. “Atletiko” evdə “Kadis”i darmadağın edib. Bu, madridlilərin liderliyə yüksəlməsi üçün yetərli olub.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

İspaniya La Liqası
IX tur
7 noyabr
“Sevilya” – “Osasuna” – 1:0
Okampos, 59 (pen.)
“Barselona” – “Betis” – 5:2
Dembele, 22, Qrizmann, 49, Messi, 61 (pen.), 82, Pedri, 90 – Sanabria, 45+2, Moron, 73
“Hueska” – “Eybar” – 1:1
Mir, 67 – Burqos, 38
“Atletiko” – “Kadis” – 4:0
Feliks, 8, 90+1, Lorente, 22, Suares, 51












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru