“Mançester Yunayted”lə “Çelsi” qələbə qazanıb, “Fulhem” məğlub olub

8-11-2020, 07:50           
“Mançester Yunayted”lə “Çelsi” qələbə qazanıb, “Fulhem” məğlub olub
İngiltərə Premyer Liqasında VIII tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə 4 matç keçirilib.

Çətin günlərini yaşayan “Mançester Yunayted” səfərdə “Everton”a qalib gəlib. “Kristal Pelas” öz meydanında “Lids”i darmadağın edib.

“Çelsi” çempionatın autsayderi “Şeffild Yunayted” üzərində böyükhesablı qələbə qazanıb. “Vest Hem” Londonda “Fulhem”in qapısıdan bir qol keçirə bilib.

Qeyd edək ki, tura noyabrın 8-də yekun vurulacaq.

İngiltərə Premyer Liqası
VIII tur
7 noyabr
“Everton” – “Mançester Yunayted” – 1:3
Bernard, 19 - Fernandes, 25, 32, Kavani, 90+5
“Kristal Pelas” – “Lids” – 4:1
Dan, 12, Eze, 22, Kosta, 42 (avtoqol), Ayyu, 70 – Bamford, 27
“Çelsi” – “Şeffild Yunayted” – 4:1
Abraham, 23, Çiluell, 34, Silva, 77, Verner, 80 – Makqoldrik, 9
“Vest Hem” – “Fulhem” – 1:0
Souçek, 90












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru