PSJ-dən yeni rekord 9-11-2020, 01:49 PSJ Fransa çempionatının 10-cu turu çərçivəsində “Renn”ə 3:0 hesabı ilə qalib gəlib."Qafqazinfo" xəbər verir ki, Paris klubu bu qələbəylə Fransa çempionatında rekorda imza atıb.Belə ki, komanda ardıcıl 5 oyunda üç və daha çox qol vuraraq qalib gəlib. Bu, Liqa 1 tarixinin ən yaxşı göstəricisidir.Qeyd edək ki, 10 turdan sonra 24 xal toplayan PSJ turnir cədvəlinə liderlik edir. Facebook-da paylaş