“Yuventus” və “İnter” büdrəyib, "Milan” 1 xala sevinib

9-11-2020, 04:55           
“Yuventus” və “İnter” büdrəyib, "Milan” 1 xala sevinib
İtaliya A seriyasında VII tur 6 oyunla yekunlaşıb.

Apasport.az saytının məlumatına görə, günün ilk matçında “Yuventus” Romada “Latsio”nun qonağı olub.

Bu tura qədər məğlubiyyət üzü görməyən “qoca sinyora” qələbəni əldən verib. Son saniyələrdə yenilgidən qurtulan “Latsio” çempionu büdrədib.

“Atalanta” ilə “İnter” arasında Berqamodakı görüşdə də 1:1 hesabı qeydə alınıb.

“Napoli” səfərdə “Bolonya”nı 1 qolla üstələyib.

Məğlubedilməz “Milan” isə mövsümün sürpriz komandalarından “Verona”nı sınağa çəkib. İki avtoqolun qeydə alındığı qarşılaşmada “rossonyerlər” Zlatan İbrahimoviçin son dəqiqələrdə vurduğu top sayəsində 1 xala sevinib.

Qeyd edək ki, VIII turun oyunları noyabrın 21-22-də keçiriləcək.

İtaliya A seriyası
VII tur
8 noyabr
“Latsio” – “Yuventus” – 1:1
Kaysedo, 90+5 – Ronaldo, 15
“Atalanta” – “İnter” – 1:1
Mirançuk, 79 – Lautaro Martines, 58
“Cenoa” – “Roma” – 1:3
Pyatsa, 50 – Mxitaryan, 45+2, 66, 85
“Torino” – “Krotone” – 0:0
“Bolonya” – “Napoli” – 0:1
Osimxen, 23
“Milan” – “Verona” – 2:2
Manyani, 27 (avtoqol), İbrahimoviç, 90+3 - Barak, 6, Kalabriya, 19 (avtoqol)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru