Millimiz Sloveniya ilə heç-heçə etdi

12-11-2020, 01:24           
Millimiz Sloveniya ilə heç-heçə etdi
Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda yoldaşlıq görüşündə Sloveniya ilə üz-üzə gəlib.

Lyublyana şəhərindəki “Stojitse” stadionunda təşkil olunmuş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də Millətlər Liqasının V turunda Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda Monteneqronu qəbul edəcək. Komanda 3 gün sonra qrupdakı sonuncu oyununda Lüksemburqun qonağı olacaq. Milli ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını səfərdə keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru