AVRO-2020: Daha bir vəsiqənin sahibi məlum oldu

13-11-2020, 01:12           
AVRO-2020:
AVRO-2020-nin pley-off mərhələsində final oyunlarına start verilib. "Report"un məlumatına görə, günün ilk görüşündə Gürcüstan və Şimali Makedoniya yığmaları üz-üzə gəlib.

D yoluna təsadüf edən matç qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. Tbilisidəki Boris Payçadze adına "Dinamo" stadionunda keçirilmiş qarşılaşmada yeganə qolu 56-cı dəqiqədə Qoran Pandev vurub.

Bununla da Şimali Makedoniya yığması tarixi nailiyyətə imza atıb və AVRO-2020-yə vəsiqə qazanan 29-cu ölkə olub. Bu komanda Avstriya, Niderland və Ukrayna ilə birgə C qrupunda mübarizə aparacaq. Püşkə əsasən, qrup oyunları Rumıniyanın paytaxtı Buxarest və Niderlandın paytaxtı Amsterdamda təşkil olunacaq.

Qalan 3 vəsiqənin sahibi bu gecə müəyyənləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru