UEFA Millətlər Liqası: Lüksemburq - Azərbaycan matçında hesab açılmadı

18-11-2020, 01:36           
UEFA Millətlər Liqası: Lüksemburq - Azərbaycan matçında hesab açılmadı
Lüksemburq - Azərbaycan matçı başa çatıb.

Virtualaz.org bildirir ki, "Jozi Bartel" stadionunda keçirilən qarşılaşma heç-heçə ilə yekunlaşıb - 0:0.

Beləliklə, Azərbaycan millisi ardıcıl dördüncü matçından qolsuz heç-heçə ilə ayrılıb. Daha əvvəl bu komanda Kipr və Monteneqro ilə Millətlər Liqasının oyunlarında, , Sloveniya ilə isə yoldaşlıq görüşündə 0:0 hesablı nəticə ilə kifayətlənib.

Bu nəticədən sonra Monteneqro 13 xalla qrup lideri, Lüksemburq 10 xalla ikinci, Azərbaycan 6 xalla üçüncü, Kipr isə 4 xalla sonuncu olub.

**23:56 (17.11.2020)

UEFA Millətlər Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsinsə keçirilən Lüksemburq - Azərbaycan oyunu başlayıb.

Virtualaz.org bildirir ki, Lüksemburqun "Jozi Bartel" stadionunda keçirilən qarşılaşmada Azərbaycan milli komandasının start heyətində meydana Şəhruddin Məhəmmədəliyev, Anton Krivotsyuk, Amin Sevdiyev, Bədavi Hüseynov, Azər Salahlı, Qara Qarayev, İsmayıl İbrahimli, Tellur Mütəlimov, Ramil Şeydayev və Mahir Əmrəli çıxıblar.

Lüksemburq seçməsinin ilk onbirliyində isə Ralf Şon, Aldin Skenderoviç, Lars Jerson, Enes Maxmutoviç, Loran Yans, Leandru Barreyru Martinş, Danel Sinani, Maykl Pintu, Vensan Til, Moris Devil və Edvin Muratoviç yer alıblar.

Qarşılaşma Almaniyadan olan hakimlər briqadasına həvalə edilib.

Oyunun əsas referisi Referi Feliks Tsvayerdi yan xətt hakimləri Torsten Şiffner və Marko Axmüllerdir. Dördüncü hakim funksiyasını isə Harm Osmers yerinə yetirir.

Hakim-inspektor İngiltərədən Maykl Rayli, UEFA nümayəndəsi isə niderlandlı Tammo Beyşuizendir.

Qarşılaşma “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanır.

Azərbaycan yığması bu komanda ilə Bakıdakı görüşdə rəqibinə 1:2 hesabı ilə uduzub.

Millimizin yer aldığı qrupun digər oyununda Monteneqro seçməsi Kipr yığmasını qəbul edir.

Qeyd edək ki, komandamız Lüksemburqa səfərin ilk gündən qaldığı otelin qarşısında daimi polis patrulu yerləşdirilib. Yerli federasiya dronlardan istifadənin qadağan edilməsi üçün Nəqliyyat Nazirliyinə müraciət edib.

Nazirlik stadion yaxınlığında vəziyyətin izləniləcəyini bildirib.

Xatırladaq ki, 2018/2019 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin "Düdelanj" - "Qarabağ" oyununda (1:4) ermənilər tərəfindən təxribat törədilmişdi. Matçın birinci hissəsində Ağdam klubunun 30-cu dəqiqədə vurduğu ikinci qoldan sonra stadionun üzərinə dronla separatçı rejimin bayrağı gətirilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.