"Traktor" yenə də qalib gələ bilmədi 20-11-2020, 00:08 İran çempionatında 2-ci turun matçları keçirilib.Axar.az xəbər verir ki, "Traktor" səfərdə “Nassaji Mazandaran”la görüşüb.Matç 1:1 hesabı ilə başa çatıb. "Traktor"un qolunu oyunun 82-ci dəqiqəsində Həmid Bohamdan vurub.Qeyd edək ki, ilk turda da bərabərliyə imza atan Təbriz təmsilçisi 16 komanda arasında 8-ci pillədə qərarlaşıb. Facebook-da paylaş