“Real Sosyedad” növbəti qələbəsini qazanıb, “Valensiya” heç-heçə edib

23-11-2020, 04:41           
“Real Sosyedad” növbəti qələbəsini qazanıb, “Valensiya” heç-heçə edib
İspaniya La Liqasında X turun mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 4 görüş keçirilib.

Lider “Real Sosyedad” mövsümə iddialı başlayan “Kadiz”in qonağı olub. San-Sebastyan təmsilçisinə 3 xalı Aleksander İsakın yeganə qolu qazandırıb.

Autsayder “Valyadolid”i qəbul edən “Qranada” gözlənilmədən məğlubiyyətə düçar olub. “Valyadolid” bunun sayəsində son pillədən qurtulub.

Günün son matçında qeyri-stabil nəticələr göstərən “Valensiya” “Alaves”lə üz-üzə gəlib. Ev sahibləri erkən qollarla 2:0 hesabı ilə önə keçsə də, sona yaxın “yarasalar” məğlubiyyətdən qaçmağı bacarıb.

Tura noyabrın 23-də keçiriləcək “Atletik” – “Betis” (00:00) oyunu ilə yekun vurulacaq.

İspaniya La Liqası
X tur
22 noyabr
“Eybar” – “Xetafe” – 0:0
“Kadiz” – “Real Sosyedad” – 0:1
İsak, 66
“Qranada” – “Valyadolid” – 1:3
Duarte, 63 – Plano, 45+2, Markos Andre, 53, Yota, 90
“Alaves” – “Valensiya” – 2:2
Navarro, 2, Peres, 16 (pen.) – Valyexo, 73, Sanmartin, 77












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru