Ağdamın “İmarət” stadionu minalardan təmizlənir - VİDEO

25-11-2020, 00:45           
Ağdamın “İmarət” stadionu minalardan təmizlənir - VİDEO
İşğaldan azad edilmiş Ağdamda ərazilərin minalardan təmizlənməsi işləri davam edir. Ağdamın məşhur “İmarət” stadionu da təmizliyinə başlanılmış ərazilərdən biridir.

Bununla bağlı videolar sosial şəbəkələrdə yayılıb.

Videodan göründüyü kimi, “İmarət”in əvvəlki halından əsər-əlamət belə qalmayıb.

Qeyd edək ki, “İmarət” stadionunun açılışı 1952-ci ildə olub. İşğala qədər Ağdamın “Qarabağ” komandası ev oyunlarını məhz bu stadionda keçirirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru