Çempionlar Liqası: "Çelsi" və "Sevilya" 1/8 finala vəsiqə qazandı

25-11-2020, 03:23           
Çempionlar Liqası:
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandalar müəyyənləşib. "Report"un məlumatına görə, E qrupunda İngiltərə "Çelsi"si Fransada "Renn"i, İspaniya "Sevilya"sı isə Rusiyada "Krasnodar"ı 2:1 hesabı ilə məğlub edərək, adını pley-offa yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran London və Əndəlusiya təmsilçiləri sona 2 tur qalmış qrupdan çıxmağı təmin ediblər.

"Krasnodar" və "Renn" isə hərəyə 1 xalla müvafiq olaraq 3-4-cü yerləri bölüşdürür.

Çempionlar Liqası

Qrup mərhələsi

IV tur

24 noyabr

E qrupu

21:55. “Krasnodar” (Rusiya) - “Sevilya” (İspaniya) - 1:2

Qollar: Vanderson, 56 - İvan Rakitiç, 4, Munir El-Haddadi, 90+5

21:55. “Renn” (Fransa) - “Çelsi” (İngiltərə) - 1:2

Qollar: Seri Qirassi, 85 - Kallum Hadson-Odoi, 22, Olivye Jiru, 90+1

Xal durumu: “Çelsi” - 10, “Sevilya” - 10, “Krasnodar” - 1, “Renn” - 1












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru