"Skilling Open": Teymur Rəcəbov pley-offa vəsiqə qazandı

25-11-2020, 07:56           
"Skilling Open":
Şahmat üzrə "Skilling Open" turnirində üçüncü oyun gününə yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbov turnirdə daha 5 görüş keçirib.

33 yaşlı qrossmeyster XI turda ağ fiqurlarla rusiyalı Sergey Karyakini məğlub edib. Növbəti 4 görüşünü heç-heçə ilə başa vuran Rəcəbov müvafiq olaraq, XII turda qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura, XIII turda ağ fiqurlarla çinli Le Kuanq Lyom, XIV turda qara fiqurlarla hindistanlı Vidit Santoş Gujrathi, XV turda isə ağ fiqurlarla ABŞ-dan olan həmkarı Uesli So ilə sülh bağlayıb.

Beləliklə, 15 turdan sonra xalını 8-ə çatdıran Rəcəbov ilkin mərhələni 6-cı pillədə başa vurub. İlk "8-lik"də yer alan şahmatçı 1/4 final mərhələsinə adlayıb. Onunla yanaşı, Maqnus Karlsen (Norveç), Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Yan Nepomnyaşi (Rusiya), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa) və Aniş Qiri (Niderland) də pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları təşkil edən turnirin qalibi 30 000 dollara sahib olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru