“Mançester Siti” 1/8 finalda, “Borussiya”dan darmadağın

26-11-2020, 08:18           
“Mançester Siti” 1/8 finalda, “Borussiya”dan darmadağın
Çempionlar Liqasının qrup mərhələsinin iki oyunu keçirilib. C qrupundakı qarşılaşmada Yunanıstanda “Olimpiakos”u 1:0 hesabı ilə məğlub edən İngiltərənin “Mançester Siti” komandası adını növbəti raunda yazdırıb.

“Şəhərlilər”in turnir cədvəlində dörd oyundan sonra 12 xalı var.

B qrupunun qarşılaşmasında isə Almaniyanın “Borussiya” (Münxenqladbax) komandası evdə Ukrayna “Şaxtyor”unu darmadağın edib - 4:0.

Bu qələbə ilə səkkizinci xalını qazanan “Borussiya” liderliyini möhkəmlədib. Dörd xalı olan “Şaxtyor” isə hələlik ikinci sırada qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru