“Bavariya” və “Mançester Siti” Çempionlar Liqasının 1/8 finalına yüksəlib

26-11-2020, 08:28           
“Bavariya” və “Mançester Siti” Çempionlar Liqasının 1/8 finalına yüksəlib
Çempionlar Liqasında IV tur başa çatıb.

İkinci oyun günündə 4 qrupda 8 matç keçirilib.

Turnirin son qalibi “Bavariya” “Zalsburq” üzərində qələbə qazanıb. İtkisiz irəliləyən Almaniya klubu 1/8 finala vəsiqəni təmin edib. A qrupunun digər matçında “Atletiko” “Lokomotiv”in müqavimətini qıra bilməyib.

B qrupunda Mönhenqladbax “Borussiya”sı “Şaxtyor”u darmadağın edib. Turnirə uğursuz başlayan “Real” isə “İnter” üzərində qələbə ilə ikinci sıraya yüksəlib.

“Olimpiakos”un qonağı olan “Mançester Siti” ardıcıl 4-cü dəfə qalib gələrək 1/8 finala yüksəlib. Məğlubiyyətləri sıralayan “Marsel” bu dəfə “Porto”ya 3 xal sevinci yaşadıb.

D qrupunun lideri “Liverpul” ilk xal itkisinə “Atalanta” ilə görüşdə üzülüb. “Midtülland” üzərində qələbə “Ayaks”in ikinci pilləni qoruması üçün yetərli olub.

Qeyd edək ki, turun ilk günündə “Çelsi”, “Sevilya”, “Barselona” və “Yuventus” 1/8 finala vəsiqə qazanıb.

Çempionlar Liqası
Qrup mərhələsi
IV tur

25 noyabr
A qrupu
00:00. “Atletiko” (İspaniya) - “Lokomotiv” (Rusiya) - 0:0
00:00. “Bavariya” (Almaniya) - “Zalsburq” (Avstriya) - 3:1
Levandovski, 42, Vober, 52 (avtoqol), Sane, 68 - Berişa, 73

B qrupu
21:55. “Borussiya” (Mönhenqladbax, Almaniya) - “Şaxtyor” (Ukrayna) - 4:0
Stindl, 17 (pen.), Elvedi, 34, Embola, 45+1, Vendt, 77
00:00. “İnter” (İtaliya) - “Real” (İspaniya) - 0:2
Azar, 7 (pen.), Hakimi, 59 (avtoqol)

C qrupu
21:55. “Olimpiakos” (Yunanıstan) - “Mançester Siti” (İngiltərə) - 0:1
Foden, 36
00:00. “Marsel” (Fransa) - “Porto” (Portuqaliya) - 0:2
Sanusi, 39, Serxio Olivera, 72 (pen.)

D qrupu
00:00. “Ayaks” (Niderland) - “Midtülland” (Danimarka) - 3:1
Qravenberx, 47, Mazraoi, 49, Neres, 66 - Mabil, 81 (pen.)
00:00. “Liverpul” (İngiltərə) - “Atalanta” (İtaliya) - 0:2
İliçiç, 60, Qosens, 64

ApaSport












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru