"Me siento mal"- Maradonanın son sözləri məlum oldu

26-11-2020, 09:00           
"Me siento mal"-
"Mirror" nəşri Argentina mənbələrinə istinadən əfsanəvi futbolçu Dieqo Maradonın həyatın son saatları haqqında informasiya yayıb.

Teleqraf.com xəbər verir ki, Maradona səhər bənizi solğun halda oyanıb və soyuqdan şikayət edib, ancaq səhər yeməyini yeyə bilib. O, sonra yatağına qayıdıb və bu zaman "Me siento mal" (ispan dilindən tərcümədə özümü pis hiss edirəm deməkdir – red) - son sözlərini deyib.

Bu yaxınlarda xəstəxanadan buraxılan əfsanəvi futbolçuya qulluq göstərən tibb bacısı dərhal təcili yardım çağırıb. Lakin həkimlər Maradonanın həyatını xilas edə bilməyiblər. Yerli vaxtla saat 12:00 radələrində Dieqonun ölümü qeydə alınıb.

Daha əvvəl Argentina yığmasının sabiq oyunçusunun vəkili onun ölüm səbəbini açıqlayıb. Məlum olub ki, Maradona ürəktutmasından ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru