Maradonanın cənazəsi Prezident Sarayında: 1 milyon insan küçələrə çıxıb

26-11-2020, 10:59           
Maradonanın cənazəsi Prezident Sarayında:
Argentinalı əfsanə futbolçu Dieqo Armando Maradonanın vəfatından kədərlənən Argentina xalqı küçələrə axın edib.

Cebhe.info xəbər verir ki, şəhərin mərkəzi küçələrində və paytaxt Buanes-Ayresdəki "La Bombonera" stadionunda toplanan xalq Maradonaya təşəkkür etmək üçün şüarlar səsləndirib və göz yaşı töküb.

Yollarda "Təşəkkür edirəm, Dieqo" yazısı əks olunub. Argentina hökuməti Maradonanın ölümü ilə əlaqədar ölkədə 3 günlük matəm günü elan edib. Prezident Alberto Fernandez Maradonanın cəsədinin Prezident sarayı olan "Casa Rosada"ya gətiriləcəyini və vida mərasiminin orada keçiriləcyini bildirib.

Argentina mətbuatının məlumatına görə, xalqa açıq olacaq mərasimdə təxminən bir milyon insanın iştirakı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru