Azərbaycan çempionu iştirak ərizəsini UEFA-ya təqdim etdi

27-11-2020, 23:10           
Azərbaycan çempionu iştirak ərizəsini UEFA-ya təqdim etdi
Azərbaycan çempionu "Araz" futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində Yunanıstan AEK-i ilə oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 20 oyunçunun adı yer alıb.

Bunlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 10-u isə hücumçudur.

Qapıçılar: Həmid Rəşidi, Rövşən Hüseynli, Emin Kürdov

Müdafiəçilər: Oktay Rüsstəmli, Nihad İsmayılov, Oruc Baxşəlizadə, Rizvan Fərzəliyev, Əmir Şojaei, Murilo Borqes Souza, Abdulrahman Sarani

Hücumçular: Kənan Manafov, Namiq Məmmədkərimov, Ramiz Çovdarov, Tofiq Mikayılov, Fineo, Xətai Bağırov, İsa Atayev, Samir Həmzəyev, Nurlan Mehdizadə, Hadı Əhmədi

Baş məşqçi: Alesio Da Silva

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək AEK - "Araz" qarşılaşması Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Cütün qalibi 1 oyunla müəyyənləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru