Maradonanın ölümündən əvvəlki son görüntüləri yayıldı

28-11-2020, 08:16           
Maradonanın ölümündən əvvəlki son görüntüləri yayıldı
Sosial şəbəkələrdə əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümündən bir gün əvvəlki videosu yayılıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Videonu idmançının qonşusu öz evinin pəncərəsindən çəkib. Kadrlarda görünür ki, Maradona kömək olmadan hərəkət edə bilmir. O, köməkçilərin çiyinlərinə söykənərək küçə boyu gəzişib.

Hansısa bir anda qonşunun oğlu keçmiş futbolçunu salamlayıb. Sabiq futbolçu isə buna cavab olaraq ona əl edib. Bundan sonra oğlan anasına deyib ki, Maradonanın özü onunla salamlaşıb.

Noyabrın 25-də 60 yaşlı sabiq futbolçunun ürək tutmasından öldüyü məlum olub. Cərrahi əməliyyatdan sonra bərpa dövrü keçən Maradona Buenos-Ayres yaxınlığındakı Tiqr şəhərindəki evində vəfat edib. Onun vəfatı ilə əlaqədar Argentinada üç günlük matəm elan olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru