Peşəkar boksçumuz ABŞ-da rinqə “Karabakh is Azerbaijan” forması ilə çıxıb - VİDEO

29-11-2020, 01:33           
Peşəkar boksçumuz ABŞ-da rinqə “Karabakh is Azerbaijan” forması ilə çıxıb - VİDEO
Xəbər verdiyimiz kimi, həvəskar boks millimizin sabiq üzvü, üçqat dünya və Avropa çempionu, Olimpiya mükafatçısı Məhəmmədrəsul Məcidov peşəkar rinqdə məğlubedilməzliyini qoruyub saxlayır.

34 yaşlı dağıstanlı idmançı ABŞ-ın Florida ştatının Hollivud şəhərində keçirilmiş boks gecəsində Puerto Riko təmsilçisi Saret Delqado ilə döyüş üçün rinqə “Karabakh is Azerbaijan” (“Qarabağ Azərbaycandır”) və “Pray for Ganja” (“Gəncə üçün dua et”) sözləri yazılmış qara formada gəlib.

Boksçu üçüncü raundun 40-cı saniyəsində rəqibini texniki nokauta salıb.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov dağıstanlı olsa da, həvəskar boksda olduğu kimi, peşəkar karyerasında da döyüşə Rusiya yox, Azərbaycan bayrağı ilə çıxır. O, daha əvvəl – ötən il Ed Fauntini (ABŞ) və Tom Litlı (Böyük Britaniya) məğlub edib.//oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru