Quardioladan tarixi rekord

29-11-2020, 03:15           
Quardioladan tarixi rekord
İngiltərə Premyer Liqasının X turu "Mançester Siti"nin baş məşqçisi Pep Quardiola üçün əlamətdar olub.

Publika.az xəbər verir ki, "Bernli" ilə qarşılaşmada ispaniyalı mütəxəssis karyerası ərzində 1000 xal səddini keçib.

Komandasının "Bernli" üzərində 5:0 hesablı qələbə qazandığı görüşdə Quardiola məşqçilik karyerası ərzində ümumi xallarının sayını 1002-yə çatdırıb. O, bunun 373-nü "Barselona"da, 257-ni "Bavariya"da, 372-ni isə "Mançester Siti"də qazanıb.

Qeyd edək ki, Pep Quardiola bu günlərdə "Mançester Siti" ilə müqavilə müddətini 2023-cü ilin yayına qədər uzadıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.