"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovda koronavirus aşkarlanıb.
Cebhe.info xəbər verir ki, bu barədə onun köməkçisi Elçin Rəhmanov məlumat verib. Onun vəziyyətinin yaxşı olduğu bildirilir. Bu səbəbdən təcrübəli mütəxəssis bu gün keçirilən "Səbail" - "Qarabağ" (1:1) matçında iştirak edə bilməyib.