Maradonanın ölümündə onun ADI ÇƏKİLİR

30-11-2020, 00:01           
Maradonanın ölümündə onun ADI ÇƏKİLİR
Argentina yığmasının keçmiş hücumçusu Dieqo Maradonanın şəxsi həkimi Leopoldo Luke onun ölümündə ittiham olunur.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, Maradonanın qohumları Lukeni dünya çempionunun ölümündə ittiham ediblər.

İddiaya görə, məhkəmə San-İsidroda (İspaniya) həkimin evində axtarış aparmaq barədə qərar çıxarıb. Daha əvvəl o subdural hematoma ilə əlaqədar futbolçunu cərrahi əməliyyat edib. Bu halda həkimin məhz nədə ittiham olunduğu hələ açıqlanmır. Ehtimal ki, o, pasiyentə tibbi kömək göstərilməməsində şübhəli bilinir.

Qeyd edək ki, Maradonanın ürək tutmasından vəfat etdiyi bildirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru