“Fənərbaxça” 15 ildən sonra öz meydannda “Beşiktaş”a uduzdu

30-11-2020, 00:03           
“Fənərbaxça” 15 ildən sonra öz meydannda “Beşiktaş”a uduzdu
Türkiyə Super Liqasında turun mərkəzi qarşılaşması, İstanbul derbisi baş tutub.

Yenisabah.az xəbər verir ki, "Fənərbaxça" öz meydanında "Beşiktaş"ı qəbul edib. 7 qolun vurulduğu qarşılaşmada qonaqlar 4:3 hesablı qələbəyə seviniblər. "Beşiktaş" matçın 50-ci dəqiqəsində meydanda bir nəfər azlıqda qalıb. Buna baxmayaraq onlar 15 ildən sonra səfərdə "Fənərbaxçanı məğlub etməyi bacarıblar.

Qeyd edək ki, maraqlı məqam ondan ibarətdir ki, 2005-ci ildə "Beşiktaş"ın səfərdə qazandığı son qələbəsi ilə bitən matçda da 3:4 hesabı qeydə alınmışdı.

Türkiyə Super Liqası

“Fənərbaxça” – “Beşiktaş” – 3:4

Qollar: Sisse, 34, Tufan, 68, 90+7 (pen.) - Abubakar, 4, 20, Uysal, 53, Nsakala, 88












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru