Maradonanın həkimi futbolçunun ölümü ilə bağlı ittihamlara cavab verdi

30-11-2020, 02:12           
Maradonanın həkimi futbolçunun ölümü ilə bağlı ittihamlara cavab verdi
Argentinanın futbol üzrə yığmasının sabiq oyunçusu və baş məşqçisi Dieqo Maradonanın həkimi Leopoldo Luke bildirib ki, özünü idmançının ölümündə günahkar hesab etmir.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Biz bacardığımız hər şeyi etdik”, - o jurnalistlərə bildirib. Həkim vurğulayıb ki, hadisənin araşdırılması üçün istintaqla əməkdaşlıq etməyə hazırdır. "Mən hesab etmirəm ki, bunda kimsə təqsirkardır", - Leopoldo Luke əlavə edib.

Lukenin sözlərinə görə, Maradonanın evindəki tibb işçiləri onun alkoqoldan asılılığını müalicə ediblər. "Onların vəzifələrinə Maradonanın həbləri qəbul etməsi və spirtli içkidən istifadə etməməsinə nəzarət daxil idi, ürəktutmanın qarşısının alınması yox", - həkim deyib.

Luke həmçinin qeyd edib ki, sabiq futbolçunun noyabrın 3-dəki beyin əməliyyatı onun ölümü ilə qətiyyən əlaqəli deyil. Həkim eləcə də Maradonanın xəstəxanadan vaxtından əvvəl buraxılması iddiası ilə də razılaşmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru