Avropa Liqasında V turun oyunları keçiriləcək

3-12-2020, 06:03           
Avropa Liqasında V turun oyunları keçiriləcək
Bu gün Avropa Liqasında V turun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin 12 qrupunda 24 matç baş tutacaq.

Artıq 1/16 final şansını itirən Azərbaycan çempionu “Qarabağ” son ev qarşılaşmasına çıxacaq. Ağdamlılar qardaş Türkiyənin İstanbul şəhərində Təl-Əviv “Makkabi”si ilə üz-üzə gələcək. Türkiyə təmsilçisi “Sivasspor” isə “Vilyarreal”la görüşəcək. V tur qrupdakı hər iki vəsiqəsinin taleyinə aydınlıq gətirə bilər.

Ümumiyyətlə, sabahkı qarşılaşmalar 35 komanda üçün həlledici xarakter daşıyır. 20 klub - “Yanq Boyz”, “Slaviya”, “Bayer”, “Reyncers”, “Benfika”, “Qranada”, PSV, “Napoli”, “Alkmaar”, “Real Sosyedad”, “Braqa”, “Lill”, “Milan”, “Vilyarreal”, “Makkabi”, “Antverpen”, “Tottenhem”, “Dinamo”, “Feyenoord” və “Srvena Zvezda” turu 1/16 finala vəsiqə ilə tamamlamaq imkanına malikdir. Onlardan biri isə həm tur adlamağı, həm də qrupda qalmağı sabah rəsmiləşdirə bilər. Bu, Niderland təmsilçisi “Alkmaar”dır.

Turnirin 16 iştirakçısı - ÇFR, “Nitsa”, “Hapoel”, “Lex”, “Standard”, PAOK, “Omoniya”, “Alkmaar”, AEK, “Zarya”, “Sparta”, “Sivasspor”, LASK, “Volfsberger”, MOİK, “Slovan” isə qrupdan çıxmaq şansını itirmək təhlükəsi ilə üz-üzədir. Yalnız iki klub – “Molde” və “Rapid”in taleyinə istənilən haıda son turda aydınlıq gələcək.

Qeyd edək ki, artıq 1/16 finalın 4 iştirakçısı bəllidir. Bunlar “Roma”, “Arsenal”, “Lester” və “Hoffenhaym”dır. 7 komanda – MOİK, “Dandolk”, “Riyeka”, “Seltik”, “Qarabağ”, “Lüdoqorets” və “Gent” isə qrupda qalıb.

Avropa Liqası
V tur
3 dekabr

G qrupu
21:55. AEK (Yunanıstan) - “Braqa” (Portuqaliya)
21:55. “Zarya” (Ukrayna) - “Lester” (İngiltərə)

H qrupu
21:55. “Lill” (Fransa) - “Sparta” (Çexiya)
21:55. “Milan” (İtaliya) - “Seltik” (Şotlandiya)

İ qrupu
21:55. “Qarabağ” (Azərbaycan) - “Makkabi” (Təl-Əviv, İsrail)
21:55. “Sivasspor” (Türkiyə) - “Vilyarreal” (İspaniya)

J qrupu
21:55. LASK (Avstriya) - “Tottenhem” (İngiltərə)
00:00. “Antverpen” (Belçika) - “Lüdoqorets” (Bolqarıstan)

K qrupu
21:55. MOİK (Moskva, Rusiya) - “Volfsberger” (Avstriya)
21:55. “Feyenoord” (Niderland) - “Dinamo” (Zaqreb, Xorvatiya)

L qrupu
21:55. “Gent” (Belçika) - “Slovan” (Çexiya)
21:55. “Srvena Zvezda” (Serbiya) - “Hoffenhaym” (Almaniya)

A qrupu
00:00. ÇFR (Rumıniya) - MOİK (Sofiya, Bolqarıstan)
00:00. “Roma” (İtaliya) - “Yanq Boyz” (İsveçrə)

B qrupu
00:00. “Molde” (Norveç) - “Dandolk” (İrlandiya)
00:00. “Arsenal” (İngiltərə) - “Rapid” (Avstriya)


C qrupu
00:00. “Nitsa” (Fransa) -“Bayer” (Almaniya)
00:00. “Slaviya” (Çexiya) - “Hapoel” (Beer-Şeva, İsrail)

D qrupu
00:00. “Reyncers” (Şotlandiya) - “Standard” (Belçika)
00:00. “Benfika” (Portuqaliya) - “Lex” (Polşa)

E qrupu
00:00. “Qranada” (İspaniya) - PSV (Niderland)
00:00. “Omoniya” (Kipr) - PAOK (Yunanıstan)

F qrupu
00:00. “Alkmaar” (Niderland) - “Napoli” (İtaliya)
00:00. “Real Sosyedad” (İspaniya) - “Riyeka” (Xorvatiya)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru