"Real"ın sabiq ulduzu müflis oldu

5-12-2020, 00:00           
"Real"ın sabiq ulduzu müflis oldu
Niderland millisinin və "Real"ın sabiq futbolçusu Royston Drente müflis elan edilib.

Fanat.Az xəbər verir ki, bu barədə qərarı Niderland məhkəməsi verib. Məhkəmə 33 yaşlı cinah oyunçusunun maddi durumuna nəzarət edən kurator təyin edib. Drente açılamasında işin incəliklərini bilmədiyini vurğulayıb. O vəkilinin tətildə oldğunu və baş verənlərin səhlənkarlıq ucbatından yarana biləcəyini söyləyib. Drente deyib ki, hər şey düzgün şəkildə həll ediləcək.

Qeyd edək ki, Royston Drente 2017-ci ildə rəsmi müqavilə bağlamadığı, sadəcə etibarına güvəndiyi futbol agenti Sigi Lensə görə külli miqdarda pul itirib.

Qeyd edək ki, Drente karyerasına "Feyenoord"da başlayıb və 2007-ci ildə 14 milyon avroya "Real"a transfer olunub. 2015-ci ilədək Madrid təmsilçisinə məxsus olan futbolçu Hollandiyanın "Erkules" və İngiltərənin "Everton" klublarına icarəyə verilib. Sonrakı illərdə isə Rusiyanın "Alaniya", İngiltərənin "Ridinq", "Şeffield Uednesday", Türkiyənin "Erciyesspor", BƏƏ-nin "Baniyas" və Niderlandın "Sparta" klublarında çıxış edib. 33 yaşlı futbolçu ötən ildən Niderlandın "Kozakken Boyz" klubunda oynayır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.