Azərbaycan millisinin AVRO-2021-in seçmə mərhələsindəki oyunları təxirə salınıb –Səbəb

4-12-2020, 21:59           
Azərbaycan millisinin AVRO-2021-in seçmə mərhələsindəki oyunları təxirə salınıb –Səbəb
Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki oyunları təxirə salınıb.

Buna koronavirus pandemiyasının bütün dünyada, o cümlədən Avropada geniş yayılması səbəb olub.

Seçmə mərhələnin F qrupunda Monteneqro, Gürcüstan və Yunanıstanla qarşılaşmalı olan yığmamızın matçları 2021-ci ilin yanvarına planlaşdırılmışdı. Komandalar ayın 7-9-da Gürcüstanda I dövrənin, 15-17-də Monteneqroda II dövrənin qarşılaşmalarını keçirməli idi.

Lakin Avropa Voleybol Konfederasiyası (CEV) turniri 4 ay sonraya keçirib. 2 dövrənin qarşılaşmaları mayın 2-dən 16-dək olan müddəti əhatə etməlidir.

Qeyd edək ki, seçmə mərhələnin 7 qrupunun qalibi və ikinci yer sahiblərindən 5 ən yaxşı nəticəyə malik yığma final mərhələsinə vəsiqə qazanacaq. Yarışın ev sahibləri Polşa, Estoniya, Finlandiya və Çexiya həlledici raunda birbaşa yüksəlib. Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya və Belçika isə AVRO-2019-un nəticələrinə əsasən seçmə oyunlarından azaddır. (Apasport.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru