Qadın futbolçu videolarına görə klubundan qovuldu

5-12-2020, 08:39           
Qadın futbolçu videolarına görə klubundan qovuldu
İngiltərənin "Çarlton" qadın futbol klubunun futbolçusu Madelene Vrigt adının qarışdığı qalmaqallardan sonra komandadan qovulub.

Fanat.Az xəbər verir ki, "Instagram"da paylaşdığı videolarla gündəmdən düşməyən gənc fubolçu əvvəlcə sükan arxasında şampan içmiş və bunu videoya çəkərək paylaşmışdı. Daha sonra o, kiçik bir itə maşın sürdürərək video yayıb.

Bu dəfə isə Madelenenin içində narkotik tərkibli qaz olan şarların istifadə olunduğu əyləncə məclisinə qatıldığı müəyyənləşib. Futbolçu bu addımından sonra klubundan qovulub.

"Klub olaraq videodan xəbərimiz var. Komandanın dəyərləri ilə üst-üstə düşməyən bu görüntülər bizi məyus etdi. Futbolçu çox peşman olub, amma komandadan göndərilib. Klub olaraq onun davranışlarını qəbul edə bilməzdik. Hər şeyə rəğmən oyunçumuz bizim üçün dəyərlidi. Hər hansı bir dəstəyə ehtiyacı olarsa, bizə müraciət edə bilər" deyə "Çarlton"un açıqlamasında bildirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru