Türkiyədə lider büdrədi, “Qalatasaray” zirvəyə şərik çıxdı

6-12-2020, 00:12           
Türkiyədə lider büdrədi, “Qalatasaray” zirvəyə şərik çıxdı
Türkiyə Super Liqasında XI tur davam edir.

KONKRET.az xəbər verir ki, turun ikinci günündə 5 oyun keçirilib.

Günün sensasiyası Ankarada qeydə alınıb. Çempionatın lideri “Alanyaspor” ilk məğlubiyyətini autsayderlər qrupunda qərarlaşan “Gənclərbirliyi”ndən alıb.

Bundan yararlanan “Qalatasaray” “Hatayspor” üzərində qələbə ilə zirvəyə şərik olub. Bu iki matçda olduğu kimi “Konyaspor”la “Ərzurum BB” arasında dueldə də meydan sahibləri üç xala sevinib.

Günün digər iki matçında qalib müəyyənləşməyib. “Qarabağ”ın sabiq futbolçusu Pedro Enrikenin qonaqları hesabda önə çıxardığı “Göztəpə” – “Kayserispor” matçında meydan sahibləri məğlubiyyətdən xilas ola bilib. “Yeni Malatyaspor” – “Başakşəhər” qarşılaşmalarında da eyni – 1:1 hesabı qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru