“Arsenal” “Tottenhem”lə bacarmayıb, “Liverpul” darmadağınla qalib gəlib

7-12-2020, 02:46           
“Arsenal” “Tottenhem”lə bacarmayıb, “Liverpul” darmadağınla qalib gəlib
İngiltərə Premyer Liqasında XI tur davam edir.

Apasport.az saytının məlumatına görə, azarkeşlər iki maraqlı oyun izləyiblər.

London derbisində “Tottenhem”lə “Arsenal” üz-üzə gəlib. Premyer Liqada sonuncu məğlubiyyətini sentyabrda alan Joze Mourinyonun yetirmələri bu seriyanı “topçular” önündə davam etdirib. “Tottenhem” ilk hissədə vurduğu qollar sayəsində qələbə qazanıb.

“Liverpul” yüksək pillələrə iddiaçı “Vulverhempton”u darmadağın edərək, ikihakimiyyətliliyi davam etdirib.

“Lester” isə autsayder “Şeffild Yunayted” səfərindən son dəqiqə qolu ilə 3 xalla dönüb.

Tura dekabrın 7-də keçiriləcək “Brayton” – “Sauthempton” (00:00) oyunu ilə yekun vurulacaq.

İngiltərə Premyer Liqası
XI tur
6 dekabr
“Vest Bromviç” – “Kristal Pelas” – 1:5
Qallaher, 30 – Furlonq, 8 (avtoqol), Zaha, 55, 68, Benteke, 59, 82
“Şeffild Yunayted” – “Lester” – 1:2
Makburn, 27 – Peres, 24, Vardi, 90
“Tottenhem” – “Arsenal” – 2:0
Son, 13, Keyn, 45+1
“Liverpul” – “Vulverhempton” – 4:0
Salah, 24, Veynaldum, 58, Matip, 67, Mane, 78












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru