“Milan” məğlubiyyətsiz irəliləyir

7-12-2020, 01:47           
“Milan” məğlubiyyətsiz irəliləyir
İtaliya A seriyasında X tur 5 oyunla davam edib.

Apasport.az saytının məlumatına görə, “Napoli” və “Milan” səfər matçına çıxıb.

Neapol təmsilçisi autsayder “Krotone”ni darmadağın edib.

Lider “Milan” isə “Sampdoriya” ilə üz-üzə gəlib. Məğlubiyyətsiz irəliləyən “rossonyerlər” növbəti qələbəni aktivinə yazdırıb.

“Udineze”nin “Atalanta” ilə matçı Udinedə güclü yağış yağması səbəbindən qeyri-müəyyən vaxta təxirə salınıb.

Dekabrın 7-də “Fiorentina” ilə “Genoa” (23:45) tur çərçivəsində üz-üzə gələcək.

İtaliya A seriyası
X tur
6 dekabr
“Verona” – “Kalyari” – 1:1
Zakkanyi, 21 – Marin, 48
“Roma” – “Sassuolo” – 0:0
“Parma” – “Benevento” – 0:0
“Udineze” – “Atalanta” oyunu təxirə salınıb.
“Krotone” – “Napoli” – 0:4
İnsinye, 31, Lozano, 58, Demme, 76, Patanya, 90+1
“Sampdoriya” – “Milan” – 1:2
Ekdal, 83 - Kessi, 45 (pen.), Kastillexo, 77












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru