“Real Sosyedad” liderliyi əldən verib

7-12-2020, 01:58           
“Real Sosyedad” liderliyi əldən verib
İspaniya La Liqasında XII turun mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 4 görüş keçirilib.

Cari mövsüm qələbə üzünə həsrət qalan “Ueska” “Qranada” səfərində bu tilsimi qıra bilməyib. 6 qolun vurulduğu matçda tərəflər 1 xalla kifayətləniblər.

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Vilyarreal” Azərbaycan çempionu ilə ev matçı öncəsi “Elçe”ni sınağa çəkib. Görüşdə qol olmayıb.

Günün son matçında “Alaves”in qonağı olan “Real Sosyedad” büdrəyərək, liderliyi əldən verib.

Turun qapanış oyununda dekabrın 7-də “Eybar” “Valensiya”nı (00:00) qəbul edəcək.

İspaniya La Liqası
XII tur
6 dekabr
“Qranada” – “Ueska” – 3:3
Suares Çarris, 43, Molina, 88, Sançes, 90 – Riko, 21, Borxa Qarsiya, 49, Okazaki, 82
“Osasuna” – “Betis” – 0:2
İqlesias, 76, Miranda, 90+1
“Vilyarreal” – “Elçe” – 0:0
“Alaves” – “Real Sosyedad” – 0:0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru