Medal sayı azaldıldı

8-12-2020, 02:18           
Medal sayı azaldıldı
Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2024-cü il Paris Yay Olimpiya Oyunlarında veriləcək medalların sayını azaldıb.

Bu barədə qurumun prezidenti Tomas Bax mətbuat konfransında bildirib.

O deyib ki, olimpiya proqramı ilə bağlı təklifləri nəzərdən keçirən IOC İcraiyyə Komitəsi 41 yenilikdən (Oyunlar və ya proqrama daxil edilməsi nəzərdə tutulan idman növləri) heç birini qəbul etməyib: "Əksinə, medalların sayı 339-dan 329-a endirilib. Beynəlxalq Olimpiya Komitəsi həmçinin bütün idman növləri nəzərə alınmaqla iştirakçıların sayını 10 500 nəfərədək məhdudlaşdırıb. Bu, Tokio olimpiadasında gözlənilən iştirakçı sayından 600 nəfər azdır".

T.Bax Paris olimpiadasında kişi və qadın idmançıların sayının bərabər olacağını diqqətə çatdırıb. Funksioner bununla gender bərabərliyinə nail olmaq istədiklərini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru