Bakıda beynəlxalq turnir zamanı dava düşüb - VİDEO
31-01-2016, 11:43
"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən MMA üzrə "Azerbaijan Fighting Championship” beynəlxalq turnirlər seriyasının ilk günündə qalmaqal baş verib.
"Report"un məlumatına görə, qarşıdurma 70 kq. çəki dərəcəsində yer alan TT döyüş klubunun üzvü Cəfər İsmiyevlə "Ruslan" döyüş klubunun təmsilçisi Aqşin Salmanov arasındakı döyüşdə yaşanıb.
İlk raundda İsmiyevin uğursuz zərbə cəhdindən sonra Salmanov onu başı üzərinə qaldıraraq, rinqdən kənara tullayıb. Bundan sonra hər iki idmançının komandasının üzvləri olaya müdaxilə edib. Azarkeşlərin də tribunadan meydana yığışmasından sonra davanın miqyası genişlənib. Nəticədə döyüş dayandırılıb.