Ərdoğan “Başakşəhər”in oyununda baş verən hadisəyə münasibət bildirdi

9-12-2020, 01:39           
Ərdoğan “Başakşəhər”in oyununda baş verən hadisəyə münasibət bildirdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çempionlar Liqasının qrup mərhələsində keçirilən PSJ – “Başakşəhər” oyununda baş verən xoşagəlməz hadisəyə münasibət bildirib.

Teref.az xəbər verir ki, ölkə başçısı qarşılaşmanın rumıniyalı 4-cü hakimi Sebastian Kostantin Kolteskunun irqçi ifadəsindən sonra meydanı tərk edən Türkiyə təmsilçisinə dəstək nümayiş etdirib.

Ərdoğan UEFA-dan məsələ ilə bağlı lazımi addımı atmağı gözlədiyini deyib: “Təmsilçimiz “Başakşəhər”in məşqçi heyətindən Pyerr Veboya qarşı sərf edilən irqçi sözləri şiddətlə qınayırıq. UEFA tərəfindən lazımi tədbirlərin görüləcəyinə inanıram. İdmanda və həyatın bütün hissələrində irqçiliyə, ayrı-seçkiliyə qarşıyıq”.

Qeyd edək ki, UEFA ehtiyat hakimin dəyişdirilərək oyunun davam etdiriləcəyini açıqlasa da, İstanbul klubunun futbolçuları meydana çıxmaq istəmir. /Apasport












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru