Çempionlar Liqası: 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi

10-12-2020, 02:58           
Çempionlar Liqası: 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi
UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, VI turun ikinci oyun günündə keçirilən 8 qarşılaşmadan sonra pley-offun son 4 iştirakçısı müəyyənləşib.

İtaliya "Atalanta"sından sonra İspaniyanın "Atletiko", "Real Madrid" və Almaniyanın "Borussiya" (Mönxenqladbax) klubları 1/8 finala vəsiqə qazanıblar.

Qruplarında 3-cü yeri tutan komandalar isə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcəklər.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

A qrupu

00:00. "Bavariya" (Almaniya) - "Lokomotiv" (Moskva, Rusiya) - 2:0

Qollar: Niklas Süle, 63, Erik Şupo-Motinq, 80

00:00. "Zaltsburq" (Avstriya) - "Atletiko" (İspaniya) - 0:2

Qollar: Mario Ermoso, 39, Yannik Karrasko, 86

Xal durumu: "Bavariya" - 16, "Atletiko" - 9, "Zaltsburq" - 4, "Lokomotiv" M - 3.

B qrupu

00:00. "İnter" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 0:0

00:00. "Real Madrid" (İspaniya) - "Borussiya" (Mönxenqladbax, Almaniya) - 2:0

Qollar: Kərim Benzema, 9, 32

Xal durumu: "Real Madrid" - 10, "Borussiya" M - 8, "Şaxtyor" D - 8, "İnter" - 6.

C qrupu

00:00. "Olimpiakos" (Yunanıstan) - "Portu" (Portuqaliya) - 0:2

Qollar: Otavio, 10 (penalti), Mateus Uribe, 77

Qırmızı vərəqə: Ruben Semedu ("Olimpiakos"), 79

00:00. "Mançester Siti" (İngiltərə) - "Marsel" (Fransa) - 3:0

Qollar: Ferran Torres, 48, Serxio Aquero, 77, Rahim Sterlinq, 90

Xal durumu: "Mançester Siti" - 16, "Portu" - 13, "Olimpiakos" - 3, "Marsel" - 3.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Çelsi", "Mançester Siti", "Liverpul", İspaniyanın "Sevilya", "Barselona", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund), "Leyptsiq", İtaliyanın "Yuventus", "Latsio", Portuqaliyanın "Portu" və Fransanın PSJ klubları pley-offa adlayıblar.

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü dekabrın 14-də atılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru