Avropa çempionatı: Final mərhələsinin püşkü atıldı

11-12-2020, 01:58           
Avropa çempionatı: Final mərhələsinin püşkü atıldı
21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, həlledici raundda 16 komanda 4 qrupda mübarizə aparacaq.

Seçmə mərhələdə Azərbaycan yığmasının rəqibləri olmuş Fransa C, İsveçrə isə D qrupuna düşüb.

A qrupu: Macarıstan, Almaniya, Rumıniya, Niderland

B qrupu: Sloveniya, İspaniya, Çexiya, İtaliya

C qrupu: Rusiya, İslandiya, Fransa, Danimarka

D qrupu: Portuqaliya, Xorvatiya, İngiltərə, İsveçrə

Qeyd edək ki, Macarıstan və Sloveniyanın birlikdə ev sahibliyi edəcəyi final mərhələsinin oyunları 2021-ci il martın 24-də start götürəcək. Həmin ayın 31-də qrup matçlarına yekun vurulacaq. Qruplarında ilk 2 pilləni tutan komandalar pley-offa vəsiqə qazanacaqlar. Bu mərhələnin qarşılaşmaları 31 may - 6 iyunda baş tutacaq. A və C qrupunun oyunları Macarıstanda, B və D qrupunun matçları isə Sloveniyada olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru