İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

12-12-2020, 00:25           
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
FİFA ilin ən yaxşı futbolçusu adına namizədlərin sayını 3-ə endirib.

Teref.az xəbər verir ki, bu ada İtaliya “Yuventus”undan Kristiano Ronaldo, Almaniya “Bavariya”sından Robert Levandovski və İspaniya “Barselona”sından Lionel Messi iddia edir.

Qapıçı nominasiyası üzrə mükafata əsas namizədlər sırasında Alisson Bekker (“Liverpul”, İngiltərə), Manuel Noyer (“Bavariya”, Almaniya) və Yan Oblak (“Atletiko”, İspaniya) yer alıb.

Qeyd edək ki, “The Best” mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir onlayn formatda təşkil ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru