“Atletiko” ilk məğlubiyyətini “Real”dan alıb

13-12-2020, 02:11           
“Atletiko” ilk məğlubiyyətini “Real”dan alıb
İspaniya La Liqasında bu gün XIII turun daha 4 oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, günün ilk matçında “Valensiya” “Atletik”i qəbul edib.

Eyni xala malik komandaların “Mestalya”dakı duelində qollu bərabərlik qeydə alınıb.

“Xetafe”nin qonağı olan “Sevilya”nın üzü avtoqolla gülüb. Son dəqiqələrdə Xabyer Etxeytanın öz qapısından keçirdiyi top əndəlüs klubuna 3 xal qazandırıb.

Autsayder “Ueska” ilə “Alaves” arasında baş tutan matçda birincilər cari mövsümdə ilk qələbəsini qazanıb.

Turun mərkəzi görüşündə Madrid derbisi olub. Məğlubiyyətsiz lider olan və La Liqadakı son 7 oyunda qələbələri sıralayan “Atletiko” “Alfredo di Stefano” stadionunda “Real” sınağına çıxıb. Ötən turda “Sevilya”nı səfərdə üstələyən “kral klubu” eyni nəticəni bu dəfə də göstərib və “Atletiko” cari mövsüm ilk yenilgisini alıb.

Dünən keçirilən “Valyadolid” – “Osasuna” (3:2) matçı ilə start götürən turun digər qarşılaşmaları dekabrın 13-14-də keçiriləcək.

İspaniya La Liqası
XIII tur
12 dekabr
“Valensiya” – “Atletik” – 2:2
Soler, 26 (pen.), Valyexo, 83 – Villalibre, 55, Raul Qarsiya, 79 (pen.)
“Xetafe” – “Sevilya” – 0:1
Etxeyta, 81 (avtoqol)
“Ueska” – “Alaves” – 1:0
Ontiveros, 66
“Real” – “Atletiko” – 2:0
Kasemiro, 15, Oblak, 63 (avtoqol)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru