IOC Sammiti: Tokio-2020 uğurla keçiriləcək

13-12-2020, 02:15           
IOC Sammiti: Tokio-2020 uğurla keçiriləcək
IX Olimpiya Sammitində iştirak edən Olimpiya Hərəkatının nümayəndələri Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının uğurla keçiriləcəyinə əmindirlər.

Bu barədə sammitin Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytında dərc olunmuş bəyannaməsində bildirilir. Sammit bütün iştirakçıların sağlamlığı və təhlükəsizliyinin əsas prioritet olması ilə razılaşıb və Yaponiya hökumətinə, Tokio rəhbərliyinə, Təşkilat Komitəsinə COVID-19 ilə mübarizədə görülmüş işlərlə əlaqədar minnətdarlığını bildirib.

Olimpiadada ekspres test və vaksinlərdən istifadə olunacaq. Bu mənada IOC-un ümumdünya peyvənd kampaniyasında rolu yüksək qiymətləndirilib.

Qeyd edək ki, Tokio-2020 gələn il 23 iyul - 8 avqusta təxirə salınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru