Mançester derbisində qol olmayıb, “Çelsi” Liverpulda uduzub

13-12-2020, 02:25           
Mançester derbisində qol olmayıb, “Çelsi” Liverpulda uduzub
İngiltərə Premyer Liqasında XII tur davam edir.

Apasport.az saytının məlumatına görə, bir gün öncə “Lids” – “Vest Hem” (1:2) matçı ilə startı verilən turun daha 4 görüşü baş tutub.

“Vulverhempton” öz meydanında “Aston Villa”ya uduzaraq, rəqibinin turnir cədvəlində önə keçməsinə şərait yaradıb.

“Nyukasl”ın qonağı olan autsayderlər zonasındakı “Vest Bromviç” meydanı məğlub tərk edib.

“Old Trafford”da Mançester derbisi olub. Premyer Liqadakı son 4 matçında qələbə qazanan “Mançester Yunayted” turnir cədvəlindəki qonşusu “Mançester Siti”ni qəbul edib. Görüş qolsuz bərabərliklə yekunlaşıb.

Çempionatda 3 aydır uduzmayan (5 qələbə, 4 heç-heçə) “Çelsi” Liverpul səfərinə çıxıb. Qeyri-stabil nəticələrlə diqqət çəkən “Everton”un qonağı olan “zadəganlar”ın uğurlu seriyası qırılıb.

Turun qalan oyunları dekabrın 13-də keçiriləcək.

İngiltərə Premyer Liqası
XII tur
12 dekabr
“Vulverhempton” – “Aston Villa” – 0:1
El-Qazi, 90+4 (pen.)
“Nyukasl” – “Vest Bromviç” – 2:1
Almiron, 1, Qayl, 82 – Furlonq, 50
“Mançester Yunayted” – “Mançester Siti” – 0:0
“Everton” – “Çelsi” – 1:0
Siqurdsson, 22 (pen.)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru