Əfsanəvi futbolçu dəfn edilərkən evi qarət olundu

13-12-2020, 12:39           
Əfsanəvi futbolçu dəfn edilərkən evi qarət olundu
10 dekabrda 64 yaşında vəfat edən İtaliya millisinin keçmiş hücumçusu Paolo Rossinin evi dəfn edilərkən qarət olunub.

Yenisabah.az xəbər verir ki, cinayətkarlar keçmiş futbolçunun qol saatı da daxil olmaqla, şəxsi əşyalarını oğurlayıblar. Rossinin arvadı cənazədən qayıtdıqdan sonra əşyaların olmadığını görüb. Hadisə ilə bağlı polis araşdırma aparır.

Qeyd edək ki, Rossi 1982-ci ildə keçirilən dünya kubokunda 6 qolla bombardir olub və İtaliyanın turniri qalibi olmasına kömək edib. O, həmin il "Qızıl top" da qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru