Rusiya klubu azərbaycanlı futbolçu ilə yollarını ayırdı
26-12-2020, 08:52
"Ufa" əslən azərbaycanlı futbolçusu Azər Əliyevlə yollarını ayırıb.
Publika.az Başqırdıstan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu mövsüm Əliyev Rusiya Premyer Liqasında 15 oyuna 1 qol vurub. O, "Ufa"ya 2018-ci ildə "Krılya Sovetov"dan keçib.